Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub.
Bu barədə Lent.az-a aktyorun özü məlumat verib.
O qeyd edib ki, prostat vəzində ağır əməliyyat keçirilib, indi özünü yaxşı hiss edir.
“Mənə Elgiz Əkbərin proqramında dəstək göstərdilər. İndi özümü yaxşı hiss edirəm. Günlərlə ağrıdan gözümə yuxu getmirdi. Həkimlər məni ölümdən qurtardılar”,- deyən aktyor əlavə edib ki, əməliyyat zamanı oğlu Eminin lent yazılarına qulaq asmaql həyəcanını dəf edə bilib.