"Tağıyev"  filminin çəkilişləri başa çatıb, premyerası olacaq
08 avqust 2024 13:26 (UTC +04:00)

"Tağıyev" filminin çəkilişləri başa çatıb, premyerası olacaq

Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsi əsasında çəkilmiş “Tağıyev” çoxseriyalı filminin çəkiliş prosesi yekunlaşıb.

Filmdə mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti barədə geniş və maraqlı məqamlar əsas götürülüb.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən ekranlaşdırılıb.

“Tağıyev”in tezliklə kinoteatrlarda nümayişi gözlənilir.

Bununla yanaşı, ekran işinin xarici auditoriya üçün də nümayişi nəzərdə tutulub./APA 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414
avatar

Oxşar yazılar