Tacir Şahmalıoğlu: "Toyda uşaqların arabalarını alıb sürürdüm" - VİDEO
02 avqust 2023 18:41 (UTC +04:00)

Tacir Şahmalıoğlu: "Toyda uşaqların arabalarını alıb sürürdüm" - VİDEO

Uşaqların məcburi əməyə cəlb olunması və onların əməyinin istismar olunması öz həllini tapmayan aktual problemlərdən biridir. Metro kənarlarında, parklarda və insanların sıx olduğu yerlərdə işləməyə məcbur edilən və ya diləndirilən azyaşlıları görmək mümkndürl.

Bu mənzərələrlə günün istənilən saatlarında qarşılaşmaq olur. Lakin hər gün, hər kəsin gözü qarşısında baş verən bu proses hələ də öz axarında davam edir. Maraqlıdır, vətəndaşlar bu barədə nə düşünür?

Psixoloq Aygül Məlikova deyir ki, bir uşağın uşaqlığı necə keçirsə, həyata bağlı düşüncələri və gələcəyə dair planları da o cür inkişaf edir. Çünki ailəsi tərəfindən sevilməyən uşaqlar, cəmiyyət tərəfindən də qəbul edilmirlər.

Sosioloq Elçin Bayramlı deyir ki, biz məcburi şəkildə əməyə cəlb olunan uşaqlara pul verdikdə onlara yaxşılıq etdiyimizi düşünsək də, əslində onları istismar edən şəxsləri bu işi görmələri üçün həvəsləndiririk. Sosioloq həmçinin bildirir ki, uşaqlarla bağlı dövlətin xüsusi siyasəti olmalıdır. Elçin Bayranlı həmçinin bildirir ki, uşaq istismarının digər bir növünü şou xarakterli efirlərimizdə və ya sosial şəbəkələrdə də görmək mümkündür.

Kiçik yaşlarda sənətə atılan, 7 yaşından etibarən səhnələrə dəvət alan məşhur müğənni Tacir Şahmalıoğlu da APA TV-yə uşaq yaşlarında işləməyin çətinliklərdən danışıb. Tacir Şahmalıoğlu deyir ki, valideynlər uşaqların istəklərini nəzərə almadan onları efirlərə yönəltməyə, məşhur etməyə çalışırlar.

Psixoloq Aygül Məlikovanın fikrincə, uşaqların hansısa səhnə potensialı yoxdursa və sadəcə biznes məqsədilə efir və ya sosial mediada dekor kimi istifadə olunursa, bu onlarda emosional pozuntulara səbəb ola bilər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, uşaq məsələləri şöbəsinin məsləhətçisi Şəbnəm Cəfərova deyir ki, komitəyə uşaqların əməyinin istismarı halları ilə bağlı müraciətlər daxil olduqda uşaqlar ilkin araşdırmadan sonra sığınacaqlara yerləşdirilir. DİN-in Mətbut Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov sözügedən məsələ ilə bağlı bildirib ki, vətəndaşlar belə hallarla rastlaşdıqda mütləq qaynar xəttə zəng edərək DİN-ə məlumat verməlidirlər. Sonda onu da bildirək ki, Azərbaycan Respublikasının Konsitutsiyasında 15 yaşına çatmamış şəxslərin işə qəbul edilməsinə və ya əməklərinin istismarına qətiyyən yol verilmir. Çünki 15 yaşına çatmamış şəxsləri işə götürən və ya onlardan reklam, biznes üçün istifadə edən valideynlər onların həyatına, sağlamlığına və mənəviyyatına ciddi təhlükə törədirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2286
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar