Hollivud ulduzu, ABŞ-ın Kaliforniya ştatının keşmiş qubernatoru Arnold Şvartsenegger yollardakı çuxurların təmirinə başlayıb.
Lent.az xəbər verir ki, ulduz aktyor əlinə bel, süpürgə alaraq, yaşadığı rayonun ərazisində yollarda təmirə başlayıb.
O bildirib ki, üstünü asfaltla bağladığı çuxur həm nəqliyyat vasitələri, həm də piyadalar üçün təhlükə təşkil edib.
“Bir neçə həftədir bu nəhəng çuxur səbəbilə insanlar əziyyət çəkirdi. Avtomobillər zərər görürdü. Öz komandamla çıxıb yolu təmir etdim. Həmişə deyirəm, deyinməkdənsə, çıxıb iş görək. Hərə gördüyü qüsurları düzəltməyə çalışsa, hər şey düzələr. Boş yerə 3 həftədir bu yolu təmir edilməsini başqalarından gözləyirdim”, - o bildirib.
Xatırladaq ki, 76 yaşlı aktyor Los-Anceles şəhərində yaşayır.