Sevdiyi kişini qaçırtdı, 2 adamla 8 dəfə nişanlandı – Gülşah Saracoğlu
23 yanvar 2023 12:09 (UTC +04:00)

Sevdiyi kişini qaçırtdı, 2 adamla 8 dəfə nişanlandı – Gülşah Saracoğlu

Azərbaycanlı tamaşaçılara, xüsusən xanımlarımıza “Doya-doya moda” proqramından yaxşı tanış olan məşhur modelyer Gülşah Saracoğlunun romanlara mövzu olacaq həyat hekayəsi var.

Lent.az  “Göz önündə” rubrikasında bu çılğın və məşhur xanım barədə maraqlı faktları diqqətinizə çatdırır.

Gülşah Saracoğlu 1982-ci ildə İstanbulda dünyaya gəlib. O, iş həyatına məşhur “Haute Couture” atelyesində başlayıb, çox keçmədən Hollivud uduzu Nicol Kidmanla işləməyə başlayıb və bu əməkdaşlıq indi də davam edir. 

Gülşah Saracoğlu  Bülent Ersoy, Ajda Pekkan, Seda Sayan, Demet Akalın, Nüket Duru, Sibel Can, Hande Yener Nazan Öncel kimi məşhurları “geyindirir”. 

Bu gün Gülşah Saracoğlu adı brendə çevrilib və onun hazırladığı geyimləri almaq lüks hesab olunur. Hazırda İstanbulda, Dubayda, Mayamidə özünə məxsus moda evləri, mağazalar şəbəkəsi var.

Amma hər şey heç də asan başlamayıb. Öncələri sadə bir dərziydi. Şişman bir qadın idi, əksər evdar xanımlardan elə də bir fərqi yox idi. Ankaradan bir kişiyə aşiq olmuşdu. Həyatında mühüm yer tutacaq iş adamı Selcuk Yentura aşiq idi. Selcukun ailəsi onun Gülşahla evlənməsinə narazılıq edincə, Gülşah gələcək ərini sözün hərfi mənasında qaçırmalı olur.

“Onu avtomobilimə oturdub, sürdüm İstanbula. Bir tanışım var idi, nikah işlərinə baxılan idarədə. Öncədən plan qurmadan, nikah üçün gün almadan düz onun yanına getdim. Dostuma rəsmən yalvardım ki, bizi evləndirsin, yoxsa ailəsi onu mənim əlimdən alacaq. Bəlkə heç Səlcuqun özünün də tam razılığı yox idi, onun üçün də sürpriz olmuşdu. Adamı qaçırdıb, onunla evləndim” deyə Gülşah Saracoğlu müsahibələrindən birində qeyd edib. Onların evliliklərindən 2011-ci ildə Aslan adlı bir övladları doğuldu. Lakin nə sevgi, nə nikah münasibətləri qoruya bilmədi. Selcukun ailəsinin israrı ilə ayrılmalı oldular. Amma hekayə burda bitmədi. Gülşahla Selcuk düz 3 dəfə evlənib boşandılar. Sonralar hər ikisi ayrı-ayrı ailələr qursalar da, oğullarına görə dost qalmağı bacarıblar. 
Selcuk Yenturdan sonra o, bir ərəb iş adamıyla 4 dəfə nişanlanıb, sonra nişanı pozdu. Evlilik alınmadı. Hərdən bir apardığı proqramlarda eşq həyatı ilə bağlı zarafatla danışan Gülşah “mən 2 kişi ilə 8 dəfə nişanlanmış qadınam, (birinci əri ilə 3 dəfə evlənib boşanmasını nəzərdə tutur) o üzüyü barmağıma taxıram, amma əlimdə saxlaya bilmirəm” deyib.

O çoxlu sayda estetik əməliyyatları ilə də gündəmə gəlir. Mədəkiçiltmə əməliyyatı ilə artıq kilolarından qurtulub zərif bir xanıma çevrilməyi bacarıb.

Gülşahın adı bir aralar müğənni Deha Bilimler ilə hallandı. Daha doğrusu rəfiqəsi müğənni Demet Akalın onların yasaq eşq yaşadığını dilə gətirərək, həm Dehanın yuvasını yıxdı, həm də Gülşahla dostluqlarına balta çaldı. Gülşah bu iddiaları rədd edərək, “Demeti ömrüm boyu bağışalmayacam” demişdi.

Hazırda karyerasına uğurla davam edən bu gözəl və uğurlu qadın özüylə barışıq yaşayır, sevgi macəralarını gizlətmir, rahat davranışları ilə çoxlarının qısqanclığına səbəb olur. Lakin özünü başdan yaradan bu iş xanımının həyatı bəlkə də çoxlarına örnək ola bilər. Yıxılsa da, qalxmağı bacarmağın və zirvələrə qalxmağın örnəyi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2703
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar