Sevdiklərimizə hansı kitabı hədiyyə edək? - "LIBRAFF"dan kampaniya
14 fevral 2023 10:12 (UTC +04:00)

Sevdiklərimizə hansı kitabı hədiyyə edək? - "LIBRAFF"dan kampaniya

Sevdiklərimizə hansı kitabı hədiyyə edək?

Lent.az Kulis.az-a istinadən xəbər verir ki, 14 fevral Sevgililər Günü olmaqla yanaşı, həm də Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd olunur. Bu gün münasibətilə sevdiklərinizə kitab hədiyyə edərək hər iki günü qeyd edə bilərsiniz.

Kitab seçimində ˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsi sizə kömək edəcək.

˝LIBRAFF˝da 4 dildə hər mövzuda kitablarla yanaşı, xüsusi hədiyyəlik kitab dəstləri və hədiyyə qutuları da mövcuddur. Bu günə özəl sevgi haqqında seçilmiş 50 kitab özəl qiymətlərlə təklif edilir. Eyni zamanda hədiyyə verəcəyiniz şəxsin kitab zövqünü bilmirsinizsə və kitab seçimində tərəddüd edirsinizsə, 20, 30, 50, 100 AZN-lik ˝Hədiyyə kartları˝nı (https://www.libraff.az/loyalty-card/) da əldə edə bilərsiniz. Bu kartı hədiyyə etdiyiniz şəxs 12 ay ərzində həmin məbləğdə istədiyi kitabları özü seçə biləcək. Həmçinin məhz 14 fevral tarixində ˝Park Cinema˝da «premium seats» biletlərini əldə edənləri, LIBRAFF-dan kitab hədiyyəsi gözləyir, LIBRAFF ˝Park Akdemiya˝ və ˝Gənclik Mall˝ filiallarından istənilən nominalda hədiyyə kartı əldə edənlər isə ˝Park Cinema˝dan iki ədəd kino bileti qazanacaq!

Kitab seçimini həm mağazalardan edə, həm də www.libraff.az saytından onlayn sifariş verə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1863
avatar

Oxşar yazılar