"Sensasiya axtarırlar"   - Rasim Balayev
11 oktyabr 2023 12:58 (UTC +04:00)

"Sensasiya axtarırlar" - Rasim Balayev

Xalq artisti Rasim Balayevin sədri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının yerləşdiyi binadan çıxarılması barədə xəbər yayılıb.

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Rasim Balayev bildirib ki, bina keçmiş sədr Rüstəm İbrahimbəyovun mühasibi işləmiş Lala Əfəndiyevaya məxsusdur.

“Biz hər il onunla müqavilə imzalayıb, kirayə haqqı ödəyirdik. Bu ilin oktyabr ayında müqavilə təzələnmədi. Ev sahibi bildirdi ki, başqa planları var. Biz də onsuz da digər kino ittifaqla birləşmişik deyə köçdük onların binasına. Orda otaq sayı çoxdur, Şəfiqə xanım bizə də 2 otaq ayırdı. Saytlar yazıblar ki, qovulmuşuq, çıxarılmışıq, sensasiya axtarırlar. Hər şey qanuni şəkildə baş verib. Əvvəl kirayə ödəyirdik, indi ödəməyəcəyik”,- deyə xalq artisti bildirib.

“Bəs birləşmiş ittifaqa kim rəhbərlik edir və yaxud edəcək?” sualımıza Rasim Balayev cavab olaraq bildirdi ki, hələlik Şəfiqə xanım da o da öz postunda dayanıb.

“İlin axırında qurultay keçirilməlidir, seçki yolu ilə kimin sədr olacağı bilinəcək. Hələlik sənədlərin qaydaya salınması prosesi gedir. Yəqin, bu iş yoluna qoyulacaq” ,- deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4752
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar