"Santa Barbara"nın 101 yaşlı aktrisası  öldü
05 iyun 2024 12:49 (UTC +04:00)

"Santa Barbara"nın 101 yaşlı aktrisası öldü

Məşhur "Santa Barbara" serialı, "İpək corablar", "The Pijama Game" və bir çox başqa filmləri ilə tanınan əfsanəvi aktrisa Cenis Peyc Los-Ancelesdəki evində dünyasını dəyişib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onun 101 yaşı var idi.

Cenis Peyc Hollivudun qızıl dövrünün son nümayəndələrindən biri idi.

Əsl adı Donna May Tjaden olan aktrisa karyerasına beş yaşında həvəskar şoularda müğənni kimi çıxış edərək başlayıb.  O, "Santa Barbara"  serialında 5 il ekssentrik Minx Lockridg obrazını yaradıb.

Hətta 80 yaşında aktiv aktyorluq karyerasını başa vuran Cenis Peyc gözdən itməyib. O, ara-sıra ictimai tədbirlərdə çıxış edirdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3333
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar