Şahnaz Haşımovanı Gəncədə belə qarşılayıblar -FOTO
03 avqust 2023 09:51 (UTC +04:00)

Şahnaz Haşımovanı Gəncədə belə qarşılayıblar -FOTO

Bir neçə gün öncə Bakıda yatdığı xəstəxanadan evə buraxılan Xalq artisti Şahnaz Haşıımova artıq gəncədədir.

Lent.az-ın xəbərinə görə, Gəncə şəhər sakinləri Xalq artistinin gəlişinə qurbanlar kəsib, nəzir paylayıblar.

 Bu barədə onun bacısı, Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında məlumat verib.

“Şahnaz xanım Gəncəyə çatar-çatmaz adına deyilən qurbanlar kəsildi və nəzirlər verildi. Bunu edən qohum-əqraba deyil, xalqdır, dövlətdir, Gəncə rəhbərliyidir. Bu qədər sevginin qarşısında baş əyməkdən başqa heç nəyə insanın gücü yetmir. Bir sənətkar bu qədər gərəkli olduğunu gördükdən sonra ölərmi heç? Ölüm ayağında olsa da, dirilər.  Sənə xalq bu qədər dua etsin. Şahnaz xanım evinə sağ salamat döndü.
Hər bir hadisə, canımıza qəfil hücum edən xəstəliklər, bəlalar qarşımıza cıxan böyük bir imtahandır. Allah heç birimizi utandırmasın”.

Qeyd edək ki, Şahnaz xanım şəkər xəstəliyi və beyin damarlarındakı sıxılmadan əziyyət çəkirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5472
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar