Rumıniyanın mədəniyyət naziri Lucian Romaskanu “Eurovision”da islahatların aparılmasını və münsiflər heyətindən imtinanı təklif edib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, nazir müsabiqədə yalnız tamaşaçıların səslərinin nəticəyə təsir göstərməsini tələb edib.
Onun sözlərinə görə, münsiflər seçimləri siyasiləşdirir.
O, qeyd edib ki, “Eurovision” təşkilatçıları Rumıniya münsiflər heyətinin verdiyi balları saxtalaşdırıb:
“Mən “Eurovision”ın tamamilə yenidən başlamasını və yarışmanın nəticələrinin yalnız tamaşaçıların səslərinə əsaslanmasını istərdim. Çünki bizim münsiflər heyəti 12 xalı Moldovaya deyil, Ukraynaya verib. Amma müsabiqənin təşkilatçıları bunu qəbul etməyərək saxtalaşdırıb. Artıq uzun illərdir bu yarışma siyasi xarakter daşıyır”.