Romalılar öz uşaqlarını niyə  qul kimi   satırdılar? – Seks gecələrinin qorxunc nəticəsi
06 iyun 2023 19:33 (UTC +04:00)

Romalılar öz uşaqlarını niyə qul kimi satırdılar? – Seks gecələrinin qorxunc nəticəsi

Aliment sözünü eşitməyən yoxdur. Bu söz əslində qədim romalıların vəhşi bir ənənəsindən sonra meydana çıxıb.

Lent.az  “Belə yaranıb” rubrikasında çox maraqlı faktları təqdim edir.

Aliment Roma imperiyasında qanunsuz, nikahdankənar əlaqələr nəticəsində doğulan uşaqların qan qohumlarının onların qidalanmasına ayrıdığı məcburi vəsaitə deyilirdi. İmperator Nervının zamanında belə uşaqların təminatı üçün xüsusi aliment fondu yaradılmışdı.

Roma imperiyasında ən vəhşi adətlər əyləncə hesab olunurdu. O cümlədən, kütləvi seks gecələrinin təşkili. Hətta insanların çılpaq şəkildə küçələrdə intim əlaqəyə girməsi ənənəsini daşıyan bayram da mövcud idi. Seksual orgiyaların demək olar ki, adi hal hesab edildiyi imperiyada atası bəlli olmayan uşaqların sayı-hesabı yox idi.

Romanın rəhbərləri çoxlu müharibələr nəticəsində azalmış xalqın sayını artırmaq üçün belə uşaqların böyüdülməsində maraqlı idi.

Lakin romalılar hər zaman uşaqlara belə diqqətli yanaşmamışdılar. Həytta II əsrdə romalılar uşaqlarını çölə atır, satır, öldürür və ya taleyin ümidinə buraxırdılar.

Öz uşağını öldürmək yalnız III əsrdə Aleksandr Severin zamanında ləğv olunub. Qədim romalı kişilər uşaqlarına zülm etmələri ilə sevinir, “Dünyada öz ailəsinin üstündə bizim qədər hökmran olan başqa bir xalq yoxdur” deyirdilər.

Uşaq doğulan kimi onu atanın qucağına verirdilər. Ata uşağın yaşayıb-yaşamayacağına qərar verirdi. Ata uşağı qəbul etməsə, onu qapının önünə qoyurdular və ailə üzvlərindən heç kim onu geri gətirə bilməzdi.

Qədim Romada expositio infantum” (uşağın rədd edilməsi) adlı qanun  var idi. Əfsanəvi Roma çarı Romulun dövründə atılmış uşaqları şəhər meydanına və ya kilsə qapısı önünə qoyurdular ki, mərhəmətli insanlar götürüb baxsınlar. Atalar yetkinlik yaşına çatmamış uşaqları ilə də eyni şəkildə rəftar edə bilərdilər. Küçələrə atılmış uşaqların böyük əksəriyyəti pedogillərin qurbanına çevrilirdi, cinsi istismara məruz qalırdı. Qədim Romada homoseksuallaıq, pedofillik adi hal sayılırdı.

Sonrakı illərdə ailələr uşaqlarını atmayıb, qul kimi satırdılar. Bu mənada evdə çoxlu uşağın doğulması və onun satılması uğurlu hal hesab olunurdu. Bəzən uşaqları mövsümi işlərlə bağlı müvəqqəti icarəyə verirdilər (Məsələn, üzüm yığılan, taxıl biçilən vaxt və s).

 

# 3753
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar