Cavid Təvəkkül, rejissor
22 mart 2021 17:49 (UTC +04:00)

Cavid Təvəkkül, rejissor

Rejissor həmkarlarına səsləndi: Korona teatrı öldürür

Bir ildən artıqdır ki, teatrlar qapılarını tamaşaçıların üzünə bağlayıb.

Lent.az xəbər verir ki, bütün teatr adamları yalnız gözləməklə kifayətləndiyi vaxtda rejissor Cavid Təvəkkül həmkarlarına səslənib.  

“Hal hazırda pandemiya şəraitində yaşayan  teatrlar köklü şəkildə formatı dəyişməli və təslim olmamalıdılar” – deyə rejissor Cavid Təvəkkül öz social şəbəkədəki hesabında yazıb:

“Kinoya, televiziyaya, nəhayət internetə təslim olmayan teatr elə kinonun, televiziyanın və internetin özündən istifadə edərək yaşamalıdır”-deyə rejissor bildirib.

Onun fikrincə, pandemiya şəraiti bir az da davam etsə, teatrların “özümü” ilə nəticələnəcək. “Zamanın tələbini, şərtini, diqtəsini anlamaq elə də çətin deyil, anlamaq və hərəkətə keçmək lazımdır”- deyə Cavid Təvəkkül zamanı nəzərə alıb teatrlartın yaşaması üçün çıxış yolu tapmağa ehtiyac var.

“ Sadəcə nə edəcəyimizi bilməliyik, necə edəcəyimizdən əvvəl”-deyə rejissor həmkarlarına səslənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2817
avatar

Oxşar yazılar