Zaqatalada 60 yaşlı kişinin meyiti evində tapıldı
22 iyul 2026 09:18 (UTC +04:00)

Zaqatalada 60 yaşlı kişinin meyiti evində tapıldı

0

Zaqatalada 60 yaşlı kişinin meyiti aşkarlanıb.

Lent.az xəbər verir ki, hadisə rayonun Zilban kəndində qeydə alınıb. Kənd sakini Şaban Aslanovun meyiti yaşadığı evdə tapılıb. Meyitə baxış zamanı onun üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib. İlkin məlumata əsasən, mərhum ürək çatışmazlığından əziyyət çəkib.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1828

Oxşar yazılar