Real manyaklardan bəhs edən 7 maraqlı film
03 sentyabr 2023 19:17 (UTC +04:00)

Real manyaklardan bəhs edən 7 maraqlı film

Lent.az kino tarixində xüsusi iz buraxmış, real hadisələr əsasında çəkilmiş 7 film barədə məlumat verir.

“Dəmir kəpənək” filmi 2012-ci ildə Rusiyada çəkilib. Çuma ləqəbli yeniyetmə qız 5 gənc qızı zorlayıb öldürmüş manyakın tutulması üçün polislər tərəfindən yem olaraq istifadə edilir. Kiçik qız bu işə nəzarət edən müstəntiqə aşiq olur və onun üçün bütün fədakarlıqları edir.

“Quzuların susması” 1991-ci ildə Hollivudda istehsal olunub. Entoni Hopkinsin Hannibal Lektor rolunda oynadığı bu filmdə gənc dedektiv xanıma manyakların cinayət işlərini açmaqda kömək edir. Söhbət qadınların dərisini soyub paltar tikən ən qatı cinayətkarlardan gedir.

“Zodiak” filmi 2007-ci ildə Hollivudda çəkilib. 70-ci illərdə polislər tərəfindən tutula bilməyən qorxunc bir manyakın axtarışları barədə macəra filmidir.  Real həyatda bu manyakın 40-dan çox insanı qətl etdiyi bilinir.

“Qarlı şəhər” 2001-ci ildə ABŞ-da çəkilib. Film təsadüfən ölkənin ən qəddar cinayətkarı ilə tanış olmuş 16 yaşlı gəncin həyatından bəhs edir. Maraqlıdır ki, bu yeniyetməni digər kişilərin təcavüzündən məhz manyak dostu xilas edir.

“Gözəl sümüklər”  filmi 2009-cu ildə Yeni Zelandiyada istehsal olunub. Filmin ssenari müəllifi Elis Sibold gənckən bir manyak tərəfindən zorlanıb və başına gələnləri qələmə alıb.

“Sui-qəsd” filmi 1993-cü ildə Hollivudda çəkilib. Film 20 il ərzində sevgililərinin ərlərini öldürən manyak barəsindədir. Real həyatda filmin qəhərmanı qorxusuz, öldürməyi sevən və bundan zövq alan bir manyak olub.

2004-cü ildə İtaliyada lent alınmış “Zlodeenko” filmi eyni adlı bir Sovet müəlliminin həyatından bəhs edir. Öz  azyaşlı şagirdini zorlamış müəllim  kəşfiyyat orqanları tərəfindən yüksək vəzifəli bir məmurun şantaj olunması üçün istifadə edilir. Məlum olur ki, bu müəllim 50-dən çox balaca qızı zorlayıb öldürüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8579

Oxşar yazılar