Rasim Balayev:  “İstəsələr birləşmiş ittifaqın yeni rəhbəri ola bilərəm”
03 avqust 2023 16:13 (UTC +04:00)

Rasim Balayev: “İstəsələr birləşmiş ittifaqın yeni rəhbəri ola bilərəm”

Xəbər saytlarında küsülü olan iki Xalq artistimizin barışması barədə xəbərlər yayılıb.

 Lent.az-ın xəbərinə görə, dünən Mədəniyyət Nazirliyinin təşkil etdiyi Milli Kino Bayramında keçmiş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri  Xalq artisti Şəfiqə Məmmədova  və  keçmiş Azərbaycan Kinematoqrafçılarının İttifaqının sədri, Xalq artisti  Rasim Balayev bir araya gəliblər. Nazir onları təltif və təbrik edib. Hər iki Xalq artistinin eyni anda səhnəyə çıxması onların barışması barədə xəbərlərin yayılmasına səbəb olub.

 Lent.az-a açıqlama verən Xalq artisti Rasim Balayev 11 ildir küsülü olmadıqlarını, zaman- zaman müəyyən tədbirlərdə bir araya gəldiklərini bildirib.

“Biz düşmən deyildik, ki, barışaq. Hərdənbir salamlaşırdıq”,- deyə o bildirib.

“Birləşmiş ittifaqın yeni rəhbəri olmaq  üçün namizədliyinizi  irəli sürəcəksinizmi?” sualına cavab verən Rasim Balayev bildirib ki, bunu zaman göstərəcək.

“Hələlik nəsə demək tezdir. Zaman göstərəcək. Qurultay keçirilməlidir. Məni istəsələr niyə də olmasın”,-deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3393
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar