Martın 22-də qəzaya düşən Xalq artisti Mehriban Zəkinin son vəziyyəti ilə bağlı yenilik var.
Bu barədə Lent.az-a danışan aktrisa Dilarə Əliyevanın qardaşı, dublyaj aktyoru Vüsal Murtuzəliyev deyib ki, Mehriban xanımla bağlı hər şey yaxşılığa doğru gedir:
“Mehriban xanımın müalicəsi davam edir, yaxşıdır. Tez-tez danışırıq, onun yanına gedirik. Sınıqları elə də çox deyil. Yavaş-yavaş düzələcək”.
Mehriban Zəki hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Hospitalında müalicə alır.
Qeyd edək ki, Saray yolunda baş verən qəza nəticəsində “SOY” prodakşının rəhbəri, rejissor Oqtay Əliyev dünyasını dəyişib.