“Qədir ağacı” nədir? - Belə yaranıb
31 yanvar 2024 15:12 (UTC +04:00)

“Qədir ağacı” nədir? - Belə yaranıb

Yəqin “qədir ağacı əkəcəm” ifadəsini mütləq eşitmisiniz. Adətən istehza ilə deyilir, qədir-qiymətin bilinməməsi anlamını daşıyır. Bəs bu qədir ağacı nədir? 

Lent.az  “Belə yaranıb” rubrikasında  qədir-qiymət ağacı barədə məlumat verir.

Bu ifadənin türk dünyasına Sibir və Tayqada yaşayan türkləriun dilindən keçməsi ehtimal olunur. Çünki sözü gedən qədir ağacı əsasən bu ərazilərdə bitib və sonra digər coğrafiyalara yayılıb. 

Qədr ağacı ifadəsi möhkəmlik və uzun ömür rәmzi olan kedr (sidr) ağacının (latınca cedrus) təhrifi nəticəsində yaranıb. Bir sıra türk dillәrindә kedr ağacı qədir-qədr şəklində işlənir. Kedr ağacı 40–50 metr hündürlüyә malik hәmişәyaşıl ağacdır. Qiymәtli vә әtirli oduncağından mebel düzәldir vә gəmiçilikdә istifadә edirlər. Kedr ağacından tikilən taxta evlər yüz illərlə ömür sürür, onun qozalarından dadlı mürəbbə bişirilir, iynəyə bənzəyən yarpaqlarından və qozalarından hazırlanan siroplarla müxtəlif xəstəlikləri müalicə edirlər. Yağlı toxumları yeyilir və müalicəvi xüsusiyyəti var.  Çox qәdim bitkilәrdәn sayılan vә eroziyaya qarşı xeyirli olan kedr ağacı 500, bәzәn 3000 ilә qәdәr yaşayır. Qədim türklər bu ağacdan büt yonub, ona Tanrı kimi ibadət ediblər
 
Qədim türk hökmdarları böyük qələbələr qazananda, yeni şahzadə doğulanda, taxtaçıxma və s.mәrasimlərlә  bu münasibətlə kedr ağacı əkilirdi. Şahları, hökmdarları şərəfləndirmək üçün əkilən kedr ağacı zamanla kasıbların dilində zarafatla işlədilməyə başlayıb. Beləcə dönüb olub istehzalı bir ifadə. 

Amma siz bunu yenidən yarandığı kimi istifadə edib əzizlərinizin adına qədir ağacı - kedr ağacı əkə bilərsiniz.

Müsәlman әfsanәlәrinә görә, Cәnnәtdə də altında müsəlmanların dincələcəyi  sidr-kedr ağacı bitir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22053
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar