“Oskar”  almayan   məşhurlar
12 iyun 2023 18:48 (UTC +04:00)

“Oskar” almayan məşhurlar

“Oskar” kino aləminin ən nüfuzlu mükafatı sayılır Bəs, nə üçün məşhur aktyorların bir çoxu onu ala bilmir, alanda da artıq qocalmış olurlar?

Bunun əsas səbəblərindən biri “Oskar” mükafatının konkret janrlara daha çox verilməsidir. Məsələn, dramlar, bioqrafik filmlər tez-tez mükafat alsalar da, komediya və ekşn janrındakı filmlər o qədər şanslı olmur.

Bundan başqa "Oskar" mükafatı verilən filmlərdə mütləq şəkildə homoseksuallıq təbliğ edilməli, LGBT qayda-qanunları normal hal kimi təqdim olunmaldır. Bir sıra dini, milli və siyasi məsələlərin müəyyən qaydalara uyğun təqdimatı da şərt kimi qoyulur.

Başqa bir səbəb mükafatın çox zaman siyasi gündəmə uyğunlaşdırılmasıdır. Belə ki, siyasi dairələrin dostlar olmayanlar, siyasi embarqolara məruz qalmış ölkələrin sənətkarları bu mükafata həsrət qala bilirlər.

Lent.az bu günə qədər “Oskar” ala bilməmiş dünya şöhrətli 5 məşhur aktyoru təqdim edir.
 

Tom Kruz filmləri dünyada ən çox gəlir gətirən ulduz olmasına, 3 dəfə namizədliyinin təqdim edilməsinə baxmayaraq hələlik bu mükafatı almayıb.

Conni Depp də 3 dəfə namizədliyi irəli sürülüb, mərasimdən əliboş qayıdanlardandır.

Mişel Pfayffer mükafatı çox istəsə də, buna nail ola bilməyib.

Siqurni Uiver fantastik filmlərin ikonasıdır. 3 dəfə cəhd edib və məyus olub.

Edvar Norton hər nə qədər psixoloji rolları ustalıqla yaratsa da, hələlik qızılı heykəlciyi əlinə ala bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1965
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar