Nazirlikdən teatr-konsert müəssisələri ilə bağlı  MÜRACİƏT
23 avqust 2021 19:52 (UTC +04:00)

Nazirlikdən teatr-konsert müəssisələri ilə bağlı MÜRACİƏT

“Azərbaycanda xüsusi karantin rejimi müddətində teatr-konsert müəssisələrinin fəaliyyətinin davam etdirilməsi barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilə bilər”.

Bu barədə Lent.az-a Mədəniyyət Nazirliyinin mətbuat katibi Məryəm Qafarzadə məlumat verib. O bildirib ki, nazirlik bu məsələ ilə bağlı müraciəti Operativ Qərargaha ünvanlayıb:

“Teatrların fəaliyyəti ilə bağlı hər hansı qərar verilərsə, ictimaiyyətə bu barədə məlumat veriləcəkdir.

Ümid edirik ki, epidemioloji vəziyyət tezliklə stabilləşər və ölkəmizin mədəni həyatı öz axarına qayıdar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8436
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar