Musiqinin qadağan olunduğu  ölkələr
29 avqust 2024 19:59 (UTC +04:00)

Musiqinin qadağan olunduğu ölkələr

Radio stansiyalarında hansısa mahnıları qadağan etmək başqa şeydir, bütöv bir ölkədə musiqinin qadağan edilməsi tamam başqa şey. Bir vaxtlar BBC Sex Pistolsun "God Save the Queen" mahnısını yayımlamamış, ABŞ The Beatlesın treklərini, Çin qlobal təsirindən qorxduğu üçün HipHop-u, Nasist Almaniyası caz musiqisini qadağan etmişdi.

Lent. az musiqinin "həbs yaşadığı" ölkələrdən bəhs edir.

Hökumət bütün musiqiləri qadağan edə bilər, lakin insanlar çıxış yolu tapacaqlar.  

Kamboca

1975-ci ildə Kamboca vətəndaşları qırmızı kxmerlər (radikal kommunist hərəkatı) tərəfindən evlərindən, əmlaklarından və mədəniyyətlərindən məhrum ediliblər. Yeni rejimə qarşı çıxa biləcək hər kəs, o cümlədən ziyalılar və sənətçilər öldürülüb.

Dörd il ərzində qırmızı kxmerlər Kambocanın zəngin mədəni irsinin çoxunu, o cümlədən musiqisini məhv ediblər. Əlbəttə, bir çoxları qeydləri gizlətməklə mədəni irslərini xilas etməyə çalışıb, qırmızı kxmerlərin hakimiyyəti bu canlı mədəniyyəti qorumaq üçün demək olar ki, qeyri-mümkün edib.

Yalnız onilliklər sonra Kamboca itirilmiş musiqi irsini geri qaytarmağa başlayıb. Bu yaxınlarda orada böyük incəsənət və mədəniyyət mərkəzi olan Gong açılıb. Onun məqsədi yeni sənətkarları dəstəkləməklə Kamboca musiqisini canlandırmaq və qorumaqdır.

Səudiyyə Ərəbistanında bağlı qapılar arxasında

Səudiyyə Ərəbistanı 1960-1970-ci illərdə bədii ifadəni təbliğ edir, lakin 1979-cu ildə bir vaizin başçılıq etdiyi əl-Cəmaə əs-Sələfiyyə əl-Muhtasib Məkkə Böyük Məscidini ələ keçirdikdən sonra hər şey dəyişib. Tezliklə Səudiyyə Ərəbistanı hökuməti daha mühafizəkar mövqe tutub ki, bu da kinoteatrların bağlanmasına və ictimai musiqi tamaşalarının qadağan edilməsinə səbəb olub.

Ciddə sakini 44 yaşlı Emad Aşur 2005-ci ildə "Immortal Pain" ağır metal qrupunu yaradıb.

Qrup rəsmi icazə olmadığı üçün yalnız özəl məkanlarda çıxış edib. 2015-ci ildə kral Salman bin Əbdüləziz Əl Səudun taxta çıxması ilə yeni dövr başlayıb. 2017-ci ildə Ər-Riyad 25 ildə ilk canlı musiqi konsertinə ev sahibliyi edib və daha sonra YUNESKO-nun Ümumdünya İrs şəhəri Diriyah yaxınlığında 20.000 yerlik idman və əyləncə arenasının tikintisinə başlanıb. 2021-ci ildə Immortal Pain Ciddədə kütləvi Comic Con Arabia tədbirində açıq çıxış edən ilk ağır metal qrupu olub. Qrup üzvləri musiqiçilərə bir az paxıllıq etdiklərini, indidən mahnı ifa etməyin xeyli asanlaşdığını bildiriblər.

İran

İranda 1979-cu il inqilabı musiqinin inkişafını da dayandırıb. Onun gəncləri korladığı üçün təhlükəli olduğuna inanılırdı. Ölkədə  İsrail musiqisi, Qərb trekləri qadağan edilib. 

İndi, 45 il sonra, İran klassik, xalq və estrada musiqisi efirləri doldurur. İranda qadınlar  efirə çıxıb mahnı oxuya bilməz.

Hazırda ölkədə rep musiqisi populyarlıq qazanır, lakin sənətçilər diqqətli olmalıdırlar. Məsələ burasındadır ki, hökumət mahnının sözlərini təhlükəli hesab edərsə, ifaçıları həbs gözləyir.

Əfqanıstanda taliban hakimiyyətə gəldikdən sonra incəsənətin bütün növlərinə, o cümlədən musiqiyə qəti qadağa qoyulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3561
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar