Müğənni Xan Bəyli "Azercell"in "Instagram" səhifəsində pərəstişkarları ilə görüşdü®
02 iyul 2022 16:07 (UTC +04:00)

Müğənni Xan Bəyli "Azercell"in "Instagram" səhifəsində pərəstişkarları ilə görüşdü®

ABŞ-da yaşayaraq fəaliyyət göstərən soydaşımız, gənc bəstəkar və ifaçı Xan Bəyli Azercell-in Instagram səhifəsində pərəstişkarları ilə görüşüb.

Azərbaycan mədəniyyətinin təbliğinə hər zaman xüsusi önəm verən “Azercell Telekom” rəsmi Instagram hesabı vasitəsilə iyunun 29-u gənc bəstəkar Xan Bəyli və aparıcı DJ Fatehin iştirakı ilə canlı yayım keçirib“Musiqi dinləyək, söhbət edək” rubrikasında baş tutan yayımda Xan Bəyli tanınmış aparıcı DJ Fatehin suallarını cavablandıraraq öz sənət yolu barədə danışıb. Yaradıcılığında Azərbaycan və dünya musiqisinin sintezini təqdim edən gənc ifaçı özünün zəngin repertuarına daxil olan bəstələrini də ifa edib. Canlı yayıma Xanın Azərbaycandakı pərəstişkarları ilə yanaşı, Amerikadan da izləyicilər qoşularaq öz şərhləri ilə ifaçıya dəstək olublar.

Xatırladaq ki, bu ilin martında Novruz bayramı münasibətilə Azercell-in təşəbbüsü və təşkilatçılığı ilə Xan Bəylinin ABŞ-da konserti təşkil olunub. ABŞ-da milli musiqimizi təbliğ edən gənc musiqiçi və bəstəkar Xan Bəyli Azərbaycan muğamını caz və etnik musiqi ilə sintezdə təqdim edən əsərləri ilə tanınır. Məşhur sənətçilərlə birgə layihələrə imza atan gənc musiqiçi üslub sərhədlərini aşan melodiyaları ilə dünyanın hər yerindən dinləyicilərinin diqqətini cəlb etməyi bacarıb.

Gənc bəstəkar Xan Bəylinin ən son bəstəsini dinləmək üçün https://www.youtube.com/watch?v=TYAZbkBX3es səhifəsinə keçid edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2131

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21