Daha çox “Moşu” obrazıyla yaddaşlarda qalmış Xalq artisti Valeh Kərimovla söhbət etmək istədik. Amma, görünür Xalq artistinin sənətdən möhkəm qəlbi qırılıb ki, danışmaq istəməyib, bir neçə kəlmə ilə kifayətlənib.
“Nədən danışacağıq? Mənim yaradıcılığım var? Nə danışmaq istəmirəm, nə də görünmək”, - Xalq artisti Lent.az-a deyib.
Sənət adamları diqqət istəyir, kövrək olur. Xalq artistini dilə tutmağa çalışdım. “Valeh bəy, elə bir tək Moşu obrazınız yetərlidir, o sizin vizit kartınız olub” desəm də, aktyor “əşşi, hamısı boş şey imiş” cavabını verib.