Monenin milyonluq rəsm əsərinin  üzərinə yenə şorba tökdülər
12 fevral 2024 14:47 (UTC +04:00)

Monenin milyonluq rəsm əsərinin üzərinə yenə şorba tökdülər

Özünü ətraf mühit fəalı və ekologiyanın qoruyucusu adlandıran iki qadın impressionist Klod Monenin Liondakı muzeydə saxlanılan “Bahar” tablosunun üzərinə şorba töküblər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onlar şorbanı tökdükdən sonra. “Əgər tədbir görməsək, bu yaz son yazımız olacaq. Gələcək rəssamlarımız nə çəkəcək? Daha bahar olmasa, nə xəyal edəcəyik? Deyə şüar səsləndiriblər.

Polis hər iki qadını həbs edib. Rəsm bərpaçı tərəfindən yoxlanılacaq. Qeyd olunur ki, kətanın yerləşdiyi şüşə suya davamlı deyil. Yanvarın sonunda Riposte Alimentaire-in ətraf mühit fəalları Parisdə Luvrda Leonardo da Vinçinin “Mona Liza” (“La Giokonda”) tablosuna şorba tökmüşdülər. 

Onlar radikal sosial və iqlim dəyişikliyi məqsədi ilə vətəndaş müqaviməti kampaniyasının başladığını elan etdilər və Da Vinçinin rəsminə şorba tökmək bu kampaniyanın başlanğıcı oldu.

Monenin bu əsərinin 2 milyon dollar qiyməti var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3852
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar