"Mimino"nun Valikosu  - Vaxtanq Kikabidze vəfat etdi
15 yanvar 2023 14:38 (UTC +04:00)

"Mimino"nun Valikosu - Vaxtanq Kikabidze vəfat etdi

Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə Gürcüstanın "Mtavari Arxi" televiziyası məlumat yayıb.

Qeyd edək ki, aktyor 84 yaşında dünyasını dəyişib.

Bildirək ki, Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır.

Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.

Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb. 

2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4688

Oxşar yazılar

Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

19 avqust 2025 , 16:29
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

14 avqust 2025 , 13:15