"Comedy Club" şousunun aktyoru Demis Karibidis səhnədə səslənən ədəbsiz zarafatlardan danışıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, aktyor “7 Days” jurnalına müsahibəsində çıxışlarında bəzən nalayiq sözlər işlətdiyini və jarqon sözlərdən istifadə etdiyini də bildirib.
Demisin fikrincə, nalayiq söyüşlərlə etdiyi zarafatlarda tamaşaçı əylənir: "Ədəbsiz sözlər onları yalnız güldürə bilər, ancaq ona tanış olan sözlərə gülən adam, yəqin ki, çox da ağıllı deyil", - o deyib.
Bundan başqa, aktyor “Mən özüm də bəzən bunu etiraf edə bilərəm. Məsələn, Marina Kravetslə bir növ zarafat hazırlayanda başa düşürəm ki, bu, mənim oynadığım narazı ərin obrazında nəyisə əks etdirəcək. Yəni yerində olacaq", - o bildirib.