Məşhur aparıcının uçduğu təyyarəni ildırım vurdu... - Başına daha nələr gəldi?
01 fevral 2023 18:30 (UTC +04:00)

Məşhur aparıcının uçduğu təyyarəni ildırım vurdu... - Başına daha nələr gəldi?

Bir müddətdir ekranlardan uzaq düşən teleaparıcı Özlem Yıldız başına gələn xoşagəlməz hadisələrdən danışıb.

Lent.az xəbər verir ki, aparıcı öz sosial şəbəkə hesabında ard-arda keçirdiyi qəzalar barədə məlumat verib.

“2 həftədir harada pis iş var, başıma gəlir. Bəd xəbərləri üstümə çəkmişəm sanki, istəməzdim, başım dərddən açılmır. Öncə məni avtobus vurdu, sonra uçduğum təyyarənin üstünə ildırım düşdü. Bu səhər isə ayılıb üzümün şişdiyini gördüm. Çətinliklə danışıram. Üzüm niyə şişib bilmirəm”, - aparıcı qeyd edib.

# 1716
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar