“Space” telekanalında "Açıq Söhbət” verilişinin aparıcısı Zamira Dadaşova işdən ayrılacağını bildirib.
Lent.az-ın xəbərinə görə, o bu barədə öz sosial şəbəkə hesabında məlumat yayıb. Aparıcının işdən ayrılmasına səbəb telekanalın maaşları ödəyə bilməməsidir. O, 17 il bu şirkətdə işlədiyini, işdən ayrılacağı üçün üzüldüyün qeyd edib.
Bir müddət öncə tlkanalın daha bir aparıcısı – Nübar Əli eyni səbəblə işdən ayrıldığını bildirmişdi.