67 yaşlı honkonqlu aktyor və kaskadyor Ceki Çan Çin Kommunist Partiyasına üzv olmaq istədiyini açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, aktyor bunun Pekindəki forumda çıxışında deyib.
Ceki Çanı belə bir qərar verməyə məcbur edən nədir, bilinmir, ancaq millətin uğurundan qürur duyur.
Məşhur Ceki yalnız milləti ilə fəxr etmir, həm də Çin Xalq Rerspublikası Kommunist Partiyasının liderliyini etiraf edir.
Onun fikrincə, partiya əvvəlki bütün vədlərini cəmi bir neçə on il ərzində yerinə yetirə bilər.