Azərbaycanlı tamaşaçılara "Diriliş Ertuğrul, "Bir Zamanlar Osmanlı Kıyam", "Küçük Kıyamet", "Nizama Adanmış Ruhlar", "Kurt Kanunu", "Sungurlar" kimi serillardakı döyüşçü rolları ilə yaxşı tanış olan türkiyəli aktyor Cem Uçan maraqlı açıqlama verib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 47 yaşlı aktyor həyatda da döyüşçü ruhlu, patriot insan olduğunu vurğulayıb, hərbi xidmətdə qazi olmasından danışıb.
“Dövlət sevgisi ilə böyümüş adamam. Öncə dövləti, sonra doğma atamı ata hesab edirəm. Mənə vətən eşqini kimsə anlatmasın.1996-cı ildə Şırnakda xüsusi təyinatlı kimi 18 ay xidmət göstərmişəm. Komandir idim, ən yaxın dostlarımı şəhid verib, qucağımda gözlərini bağlamışam. 1997-ci ildə yaralanıb qazi oldum. Vətən üçün, şərəfimzilə ölməyəcəyiksə, niyə yaşayaq? İndi də ölməyib nə zaman öləcəm?Allahın yaratdığı bu gözəl dünyanı bir qrup güclü ölkə kasıb ölkələr üçün cəhənnəmə çevirib. Ayağa qalxmasaq, bunun hesabını Allaha necə verəcəyik?”, - o bildirib.