Türkiyəli aktrisa Özgə Borak müsahibələrindən birində çox istəməsinə rəğmən, nə üçün ana olmamasının səbəbini açıqlayıb.
Lent.az-ın xəbərinə görə, aktrisa iki dəfə evil olub, boşanıb.
İlk dəfə aktyor Bülent Şakrak ilə ailə quran aktrisa 2010-cu ildə 4 illik evliliyinə son verib, 2 il sonra aktyor Ata Demirellə evlənib. 2014-cü ildə Atadan da boşanan aktrisa ömrünə yalqız davam etmək istədiyini bildirir.
“Öz həyatımın ağası olmaq istəyirəm. Kimlərinsə xətri qırılmasın, bəyənsin deyə yaşamışam. Hər şeyin yolunda olmadığına əmin deyildim. Ona görə övlad sahibi olmadım. Ana olmağı çox istəyirəm. Amma bu iki adamın heç biri uşağımın atası ola bilməzdi. Bəzi şeylərin yolunda getməməsi ehtimalı hər zaman məni qorxudub”, - aktrisa bildirib.