"Bax, kim danışır", "Budmo" və "Veronikanın salonu" seriallarının ulduzu Kirstie Allen dünyasını dəyişib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 71 yaşlı amerikalı aktrisanın onkoloji xəstəlikdən öldüyü bildirilir.
Övladları mətbuata açıqlamalarında "Dərin hüznlə bildiririk ki, möhtəşəm, güclü və mehriban anamız bu yaxınlarda aşkar edilmiş xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra dünyasını dəyişdi. O, ailəsinin yanında yaşadı və böyük güclə mübarizə apardı. O, ekranlarda nə qədər sərt olsa da, həyatda gözəl ana və nənə idi", - deyib.
Qeyd edək ki, ümumilikdə, Kirstie Alley 76-dan çox rol canlandırıb. "Budm" serialı aktrisaya 1991-ci ildə "Qızıl Qlobus" və "Emmi" mükafatları qazandırıb.