Yenidən çəkilən post-apokaliptik film olan "Mən əfsanəyəm"lə bağlı yeni detallar məlum olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, layihənin yaradıcıları əsasən, "The Last of Us" video oyunundan ilhamlanıblar. Yəni, oyunda yaradıcı heyətin göstərdiyi xətt apokalipsisdən sonra dünyanın necə dəyişməsidir.
“Filmdə hadisələrin davamı birinci hissədəki baş verənlərdən onilliklər sonra reallaşır. “The Last of Us”un apokalipsisdən sonra dünyanın təkamülünü, fəlakətdən 20-30 il sonra ətraf mühitin necə dəyişdiyini göstərməsi məni çox ruhlandırır. İnsanlar Yer üzündə aparıcı qüvvə olmaqdan çıxsalar, planetdə nələrin baş verməsi çox həyəcanlıdır", - deyə rejissor müsahibəsində bildirib.
Qeyd edək ki, filmin prodüseri Akiva Qoldsman, rollarda isə Uill Smith və Michael B. Jordandır.