Mehriban Zəki dəhşətli qəzadan DANIŞDI:  "Oqtayın səsi belə çıxmadı" - FOTO
24 mart 2023 12:16 (UTC +04:00)

Mehriban Zəki dəhşətli qəzadan DANIŞDI: "Oqtayın səsi belə çıxmadı" - FOTO

Xalq artisti Mehriban Zəki Oqtay Əliyevin keçirdiyi qəza haqqında paylaşım edib.

Lent.az xəbər verir ki, mərhum prodüser Oqtay Əliyev ilə eyni avtomobildə olan aktrisa bunları yazıb:

"İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə "problem yoxdur, keçib gedəcək" deyərdi. İnsanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istərdi. Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay...

O isə susurdu. O susurdu, maşın çevrilirdi. Bu, sadəcə qəzavü-qədər idi. Mən sağalacağam. Qolum da, qabırğalarım da bitişəcək, üzüm də bərpa olacaq. Dilarə də inşallah, özünü toparlayar. O, çox güclü qadındır. Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. Martın 22-si belə yazıldı bizim üçün".

Qeyd edək ki, Saray yolunda baş verən qəza nəticəsində xəsarət alan Xalq artisti Mehriban Zəki hazırda xəstəxanada müalicə olunur.

# 2322
avatar

Nigar Namiq

Oxşar yazılar

Pərəstişkarı  məşhur aktyoru   niyə pərt etdi?

Pərəstişkarı məşhur aktyoru niyə pərt etdi?

30 may 2023 , 13:35
Elxan Qasımov dəfn edildi

Elxan Qasımov dəfn edildi

30 may 2023 , 12:41
Elxan Qasımov sabah dəfn olunacaq

Elxan Qasımov sabah dəfn olunacaq

29 may 2023 , 19:25
Elxan Qasımov vəfat etdi

Elxan Qasımov vəfat etdi

29 may 2023 , 19:11
Məşhur aktyorun  sandıqda meyiti   tapıldı

Məşhur aktyorun sandıqda meyiti tapıldı

28 may 2023 , 17:54
Kannda  ən yaxşı aktrisa   oldu

Kannda ən yaxşı aktrisa oldu

27 may 2023 , 23:49
Selin Dion 1 illik konsertlərini ləğv etdi - SƏBƏB

Selin Dion 1 illik konsertlərini ləğv etdi - SƏBƏB

27 may 2023 , 02:18
“Harri Porter” filminin oyunçuları 10 il  saçlarını   niyə qırxmayıblar?

“Harri Porter” filminin oyunçuları 10 il saçlarını niyə qırxmayıblar?

26 may 2023 , 19:58