Məhkəmələrdə sürünən ulduzlar
10 avqust 2023 12:15 (UTC +04:00)

Məhkəmələrdə sürünən ulduzlar

Lent.az məhkəmələrə ən çox müraciət edən ulduzlar barədə məlumat verir.

Hollivud ulduzu Tom Kruz haqqında ən kiçik zarafatın belə edilməsini sevmir. Onunla zarafatlar məhkmə zalında bitir. Aktyor bir zamanlar erotik filmlərdə çəkilən  homoseksual Con  Dakı məhkəməyə vermişdi. Buna səbəb Con Dakın Tomla sevgili olmasını iddia etməsi, nəticədə Tomun o zamankı sevgilisi Nikol Kidmanın onu tərk etməsi olmuşdu.

Məşhur aktrisa Skarlet Yoxansona da söz deyiləsi deyil, dərhal məsələni hüquqi müstəviyə çıxarır. Aktrisa tanınmamış bir yazıçını öz romanında onun adını bir dəfə çəkdiyinə görə məhkəməyə verib 150 min dollar təzminat tələb etmidi. Düzdür, cəmi 3 min dollar ala bildi, amma bu tanınmamış yazıçı üçün əla reklam oldu. 2014-cü ildə baş vermiş məhkəmədən sonra Qrequar Delekura kino aləminə ayaq açdı.

Peşəkar restler və aktyor Halk Hoqanı ən müxtəlif rollarda görmüşük. O keçmiş arvadını məhkəməyə verib. Səbəb arvadının onun haqqında kişilərlə cinsi münasibətdə olmasına dair iddia səsləndirməsiydi. Öz şərəfini qorumaq məcburiyyətindəydi. Çünki dünyanın ən güclü kişilərindən hesab edilən birini özündən zəifləri lağa qoymağa başlamışdılar.

Ancelina Coli Bred Pittlə evli olarkən onların haqqında nüfuzlu bir Britaniya qəzeti boşanma xəbəri yazmıdşı. Ancelina qəzeti məhkəməyə verib, 1 milyon dollar təzminat tələb etmişdi. İstədiyini almış, lakin çox uzun müddət keçmədən də boşanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2292
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar