“Mədəniyyət kodu  - Şuşa”adlı  lonqrid” layihəsinə başlanılıb
09 oktyabr 2022 15:48 (UTC +04:00)

“Mədəniyyət kodu  - Şuşa”adlı  lonqrid” layihəsinə başlanılıb

 “Mədəniyyət kodu  - Şuşa”adlı  lonqrid” layihəsinə başlanılıb.
Lent.az-ın “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinə istinadən 
məlumatına görə, Şuşa şəhərinin qəhrəmanlıq ruhu,Pənah Əli xanın xoşbəxt şəhər konsepsiyası, onu ruhlandıran  möhtəşəm dağlarda həkk olunmuş  qədim türkün səsi, Ağabəyim Ağa, Gövhər Ağa, Xurşud Banu Natavan, Fatma Kəminənin timsalında mütərəqqi şərq qadını obrazı, ğözəl, əsrarəngiz və sirli Şuşanın ədəbi mühiti, musiqi təmtərağı, Şuşa adlı mədəniyyət kodunun çalarlarıı və bir çox msrsqlı faktlar çələngi – bütün bunlar “Mədəniyyət kodu  - Şuşa”adlı  lonqriddə çox maraqlı formatda əks olunur. 
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin işçi qrupu layihəni yüksək standartlara uyğun icra edir. Azərbaycan mediası üçün tam yeni olan bu məhsul ciddi araşdırmalar, arxiv foto və video sənədlər,, müsahibələr əsasında   hazırlanır.
 Fitçer üslubunda hazırlanmış mətn yeni medianın müxtəlif alətləri istifadə olunmaqla lonqridin tələblərinə müvafiq zənginləşdirilir. Üç növ infoqrafika hazırlanır, bunlardan iki interaktiv xəritə məzmununa görə tam yeni və unikaldır. Bunlar Şuşa şəhərinin məhələlləri və işğaldan azad olunmuş ərazilərdəki Alban məbədlərinin interaktiv xəritələridir. 
Layihənin əsas ideyası Şuşanın əsrarəngizliyi və füsunkarlığını düzgün media texnologiyaları vasitəsilə Avropa auditoriyasına sirayət edərək, həmin sevgini Qərb insanına aşılamaqdır. Qeyd edək ki, bu layihə Azərbaycan tərəfindən  Avropada təqdim ediləcək ilk lonqrid olacaq.
Layihənin məqsədi Şuşanın əsrlər boyu məhz Azərbaycan şəhəri olmasını tarixi faktlar, arxiv materialları, memuarlar, nadir fotolar və s. vasitəsilə İsveç ictimaiyyətinə təlqin etməkdir.

# 1188
avatar

Oxşar yazılar