Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Mənsimov işdən azad olunması barədə Mədəniyyət Nazirliyinə ərizə ilə müraciət edib.
Lent.az-a teatrdan verilən məlumata görə, buna səbəb Qurban Mənsimovun yeni layihələrlə məşğul olmasıdır.
Mədəniyyət nazir Adil Kərimli hələlik ərizəni təsdiq etməyib.
2013-cü ildən teatrda baş rejissor vəzifəsində olan Qurban Mənsimov il ərzində bir çox tamaşaların hazırlanmasında rol oynayıb. Rejissor ona gələn yeni təkliflə bağlı işdən getmək istədiyini bildirib.