Eldost Bayram
04 dekabr 2021 15:43 (UTC +04:00)

Eldost Bayram

Koronavirusa yoluxan Xalq artistinin SON VƏZİYYƏTİ

Zığda yerləşən Modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Eldost Bayram bu gün reanimasiyadan palataya köçürülüb.

Bu barədə APA-ya Xalq artistinin həyat yoldaşı Minarə Bayramova məlumat verib. O bildirib ki, sənətçinin səhhətində müsbətə doğru dəyişikliklər var.

Qeyd edək ki, Eldost Bayram bir müddət öncə “COVID-19” diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2253
avatar

Oxşar yazılar