Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) fəaliyyətə başlaması üçün müvafiq işlər aparılır.
Lent.az bildirir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.
“Azərbaycan Respublikasının Kino Agentliyi publik hüquqi şəxsin ən qısa zamanda fəaliyyətə başlaması üçün nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir, o cümlədən quruma rəhbər təyinatı, onun strukturunun təsdiq olunması, maddi-texniki baza ilə təmin edilməsi və s. istiqamətlərdə müvafiq işlər görülür”, – məlumatda vurğulanıb.