Kemal Sunalın yeni FOTOLARI YAYILDI
20 yanvar 2023 18:35 (UTC +04:00)

Kemal Sunalın yeni FOTOLARI YAYILDI

Yeşilçamın usta aktyoru Kemal Sunal və Gül Sunalın nişan fotoları ortaya çıxıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Kamal Sunalın həyat yoldaşı Gül Sunal sosial media hesabında nostalji paylaşım edib.

1975-ci il yanvarın 19-da Kemal Sunalla nişanlanan Gül Sunal həmin vaxt çəkilmiş fotoları yayımlayıb. Cütlüyün nişan mərasiminin fotolarına çoxlu bəyənmə və şərhlər gəlib.

Gül Sunal şəkili paylaşaraq, "Hər zaman onun filmlərini izləyirik, uşaqlarımızı da baxmağa vadar edirik və onlar Kamal Sunalla birlikdə böyüyürlər. Həmişə qəlbimizdə nurlar içində yatsın" sözlərini yazıb.

Kemal Sunal 2000-ci ildə infarkt nəticəsində dünyasını dəyişib.

# 2259
avatar

Fidan İlqar

Oxşar yazılar