“Karib dənizinin quldurları” film silsiləsinin növbəti seriyası çəkiləcək.
Lent.az xarici mediaya istinadən bildirir ki, “Disney” şirkəti Conni Deppi yenidən Cek Sərçə (Kaptan Jack Sparrow) roluna çəkilməyə razı sala bilib.
Bundan öncə Conni Depp dəfələrlə bir daha dəniz qulduru Kapitan Çek rolunda oynamayacağını bəyan etmişdi. Lakin “Disney” şirkəti 301 milyon dollarlıq təkliflə aktyoru yenidən kameralar qarşısına keçməyə inandırıb.
Filmin nə zaman ekranlara çıxacağı barədə məlumat verilmir.