Kadir İnanırdan Merve Dizdarı tənqid edənlərə sərt xəbərdarlıq
31 may 2023 15:11 (UTC +04:00)

Kadir İnanırdan Merve Dizdarı tənqid edənlərə sərt xəbərdarlıq

Bir neçə gün öncə nüfuzlu Kann kinofestivalında “Ən yaxşı qadın aktrisa” nominasiyasında mükafat alan Merve Dizdar orda etdiyi çıxışa görə sərt tənqid olunur.

Lent.az-ın xəbərinə görə, aktrisa mükafatını ölkəsində gördüyü bütün təzyiqlərə baxmayaraq ümidini itirməyən qadınlara həsr etdiyini demişdi. 

Merve Dizdarın həmkarları və sosial şəbəkə istifadəçiləri onu “xaricə gedib, ölkəsini başqalarının gözündən salmaqda” ittiham edirlər. Aktrisanı təbrik edənlərdən daha çox tənqid edən var.

Bu çətin vəziyyətdə Merveyə bir tək məşhur aktyor Kadir İnanır dəstək olub. O, dəstək olmaqla qalmayıb, həm də Mərvəni təhqir, tənqid edənlərə sərt xəbərdarlıq edib.
“Dünyanın ən böyük film festivalında mükafat almış Merve Dizdarı təbrik edirəm. Kompleksli insanlara isə xəbərdarlıq edirəm, Hörmət göstərin, ayağa qalxın və alqışlayın”,- deyə o öz sosial şəbəkə hesabında yazıb.


 

# 3027
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar