İrəvan teatrının əmlakı yanıb? - Direktor Lent.az-a DANIŞDI
08 may 2023 18:03 (UTC +04:00)

İrəvan teatrının əmlakı yanıb? - Direktor Lent.az-a DANIŞDI

Sosial şəbəkələrdə yayılmış məlumata görə, İrəvan Dövlət Teatrının direktoru İftixar Piriyevin bağında yanğın baş verib. 

Lent.az-ın xəbərinə görə, məlumatı teatrdan kənarlaşdırılan aktyor Əjdər Zeynalov paylaşıb.

O bildirib ki, teatrın əmlakı direktor İftixar Piriyevin bağında saxlanılır və yanğın zamanı həmin əmlak külə dönüb.

Aktyor direktorun yanğını qəsdən törətdiyini iddia edib.

“İftixar Piriyev nə üçün teatrın inventarını öz bağında saxlayır? Yer yoxdursa nə üçün geniş yer kirayələmir? Dövlət ona teatr üçün yer kirayələməyə hər ay 1200 manat ödəniş edir. O həmyerlisi ilə əlbir olub bu pulu onun hesabına köçürtdürür”,- deyə aktyor bildirib.

Əjdər Zeynalovun iddialarının nə dərəcədə əsaslı olub-olmadığını öyrənmək üçün teatrın direktoru İftixar Piriyevlə əlaqə saxladıq.

İftixar Piriyev Lent.az-a açıqlamasında onun bağ evində heç bir yanğın hadisəsinin olmadığını deyib: "Mən Əjdər Zeynalov adında adam tanımıram. Mənim bağımda yanğın olmayıb". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1701
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar