İntiqam Babayev
14 aprel 2025 18:48 (UTC +04:00)

İntiqam Babayev

İntiqam Babayev işdən çıxarıldı

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri işdən çıxarılıb.

Lent.az xəbər verir ki, bu haqda “Qaynarinfo” məlumat yayıb.

Məlumata görə, İntiqam Babayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib. Bu barədə qurumun yeni sədri Rüfət Mahmud müvafiq əmr imzalayıb. 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidməti də məlumatı təsdiqləyib. 

Qeyd edək ki, İntiqam Babayev 2023-cü ilin yanvar ayından sözügedən vəzifəyə gətirilib. Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri olub. İ. Babayev 21 il gənclər və idman nazirinin müavini vəzifəsində çalışıb.

Xatıradaq ki, bu ilin fevral ayında Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1078

Oxşar yazılar