İnsan fantaziyası hara qədər gedə bilir? Hər dəfə yeni, maraqlı bir fantastik film izləyəndə insan zəkasının sonsuzluğuna şahid oluruq.
Lent.az 4 fantastik filmdən bəhs edir. Vaxt tapsanız, mütləq baxın.
"Vəhşi Qərbin dünyası"
Bu film android adamlardan ibarət bir parkda baş verən maraqlı hadisələrdən bəhs edir. Bu adamlar öz varlıqlarından şübhə etməyə və keçmişi xatırlamağa başlayırlar. Parkın yaradılma səbəbi və yaradıcısı kimdir? Bu suallara cavab axtarışı macəralarla müşaiyət olunur. Rollarda Entoni Hopkins, Ed Harris, Ceyms Marsden, Cefri Rayt kimi ulduzlar çəkiliblər. Serial formatında çəkilmiş bu filmə əsəbləri zəif olanların baxması tövsiyə olunmur. Seks, zorakılıq kimi səhnələrlə zəngindir.
"Zülmət"
Almaniya istehsalı olan bu film zamanda səyahət və paralel sivilizasiyalar barəsindədir. Şəhərdə 4 uşaq itir. Bu uşaqların ailələrini bağlayan qaranlıq keçmişin araşdırılması ilə çox sirlər üzə çıxır. Üzə çıxan sirlər idraka və məntiqə sığmayan şeylərdir. Nədir? İzləyin, bilin.
OA
Mistika, dram, qorxu, fantastika janrlarını özündə birləşdirən bu bədii serialı izləmək asan deyil. Eyni zamanda səbir tələb edir. Bir neçə mövsüm boyu açılan sirlər izləyicini ekran qarşısına kilidləyir.
Bizdən biri
Bu film Yer üzündə dəhşətli xəstəlikdən sonra sağ qalmış bir qrup insanın yaşadıqları barədədir. İnsanın düşməni isə yadplanetlilər, zombilər deyil, zombi beyinli, acgöz, gücünə görə hökmranlığı əldə etməyə çalışan insanlardır. İnsanın insandan başqa dostu və düşməni yoxdur. Filmin ideyası budur. Baxmağa dəyər.