İndiana Cons barədə beşinci film ümidləri doğrultmadı
15 avqust 2023 11:16 (UTC +04:00)

İndiana Cons barədə beşinci film ümidləri doğrultmadı

“İndiana Cons və tale saatı” filmi gözlənilən qədər böyük qazanc əldə edə bilməyib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 80 yaşlı Harrison Fordun baş rolda oynadığı bu film İndiana Cons barədə silsilənin ən son hissəsidir. İyunun 30-da prokata çıxmış film cəmi 142 milyon dollar qazanc əldə edə bilib. İlk baxışdan pis görünməsə də, filmin büdcəsinin 295 milyon dollar olduğunu nəzərə alsaq, heç də ürəkaçan mənzərə deyil. 

2018-ci ildə çəkilmiş “İndiana Cons. Billur kəllə” filmi 185 milyon dollar büdcəylə çəkilərək 295 milyon dollar qazanc gətirmişdi.

Bu silsilədən olan ilk film isə cəmi 48 milyon dollara çəkilmiş, xərclərini 10 qat üstələmişdi. Film öz istehsalçılarına 474 milyon dollar qazandırmışdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2133
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar