II Yelizaveta qış tətilində məhz bu filmə baxırdı
04 yanvar 2024 19:15 (UTC +04:00)

II Yelizaveta qış tətilində məhz bu filmə baxırdı

Bir çoxumuz kimi kraliça II Yelizavetanın da qış tətili üçün sevimli filmi var idi.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Milad bayramında kraliça uşaqları və nəvələri ilə birlikdə “Flash Qordon” filminə baxmağı çox sevirdi.

Qeyd edək ki, “Flash Qordon” 1980-ci ildə rejissor Maykl Hodges tərəfindən çəkilmiş elmi fantastika filmidir. Baş qəhrəman "Flash Qordon" gözlənilmədən pis imperator Minqə qarşı qalaktikalararası mübarizədə əsas fiqur olur.

Bu macəra filmi hərəkət və yumorla doludur. “Queen”in ifasındakı soundtrek ona xüsusi gözəllik verib.

# 3618
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar