Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin həmkarı Seda Sayanı döydüyünü bilirdiniz? Bir dəfə film çəkilişi zamanı İbrahim Tatlısəs Seda Sayana necə bir şapalaq vurubsa, müğənni bir həftə özünə gələ bilməyib.
Lent.az-ın xəbərinə görə, bu barədə o özü televiziya proqramlarından birində danışıb.
“Birlikdə filmə çəkilirik. Mən onun sevgilisi rolundaydım. Anamın məni tovlamasıyla İbrahimə hiylə qurmuşdum. Onun oxuyacağı mahnını oğurlayıb ilk dəfə mən oxumuş, şöhrətlənmidşim. Sonra peşman olub, gəlib ondan üzr istəməliydim, o da məni vurmalıydı. Təbii ki, bütün filmlərdə olduğu kimi, bu zərbə yalandan olacaqdı. Amma İbrahim küçənin ortasında o yekə əlləri ilə mənə bir Osmanlı şapalağı çəkdi, üzüqoyulu yerə yıxıldım. Qalxdım, dalaşdıq. Üzr istədi, dedi ki, bilmədən oldu.
Rejissor yeni dubl çəkmək istədi. Razılaşmadım. Mənə bir şapalaq yetər dedim”, - deyən müğənni əlavə edib ki, həmin sillədən sonra boynunda və çənəsində narahatlıq yaranıb. Bir həftə boynuna xüsusi qoruyucu taxaraq gəzib.