Hüseyn Arif  "ovladığı" dovşanları haradan alırmış?  Məşhurlardan gülməcələr
14 oktyabr 2022 21:36 (UTC +04:00)

Hüseyn Arif "ovladığı" dovşanları haradan alırmış? Məşhurlardan gülməcələr

Lent.az "Məşhurlardan gülməcələr" rubrikasına davam edir.

1978-ci ildə yazıçı Vaqif Nəsibi işə içib gəldiyi üçün "Gənclik" nəşriyyatının baş redaktoru vəzifəsindən azad edirlər.

Kollegiyadan sonra foyedə Xalq şairi Hüseyn Ariflə rastlaşırlar. Məsələdən hali olan şair üzünü Vaqif Nəsibə tutub deyir:

- Az iç.

- Baş üstə qağa, 250 qram içərəm..

- Yox, daha da azalt. 

- Onda 150.

- A kişi, yenə azalt.

- Şair, sadəcə su içim bəlkə, razısan?

- Yox, bu günlərdə heç su da içmə, elə bilərlər araqdı.

***

Səməd Vurğunun oğlu Vaqif Səmədoğlu gənc vaxtlarında Hüseyn Arifə qoşulub rayonlardan birinə ova gedir. Gecəni ovçu evində qalırlar ki, sübh tezdən ova çıxsınlar. Vaqif çox həyəcanlı olur, tez-tez pəncərəyə baxırmış ki, sabah açılsın, komadan çıxsınlar.

Səhər açılanda Hüseyn Arif  Vaqif Səmədoğluna deyir: “A bala, sənin ovda nə işin var? Mafrağ şəhər uşağısan. Yaralanıb eliyərsən, özüm gətirdim səni ki, tay-tuşlarının yanında lovğalanasan. Şəhərə qayıdanda yol qırağından bir- iki ördək, bir-iki dovşan alarıq. İş bununla bitər. Biz hara,ov hara”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3981
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar