Hollivud ulduzlarının dəbdəbəli həyat tərzi barədə çox eşitmişik. Amma milyonlar qazanıb çox sadə həyat tərzi keçirən ulduzlar da var.
Lent.az bu gün Hollivudun “dərvişlərindən” söz açır.
Pula önəm verməyən ulduzlardan biri Rassel Kroudur. O bildirir ki, Los Ancelesdə yaşamaq işdə ofisdə yatmaq kimi bir şeydir. Aktyor kənd həyatını sevir, Araliyada aldığı fermada yaşayır. Avtomobil həvəskarı deyil, öz köhnə avtomobilini təmir etməkdən xoşu gəlir.
Sandra Ballok mehriban, xeyirxah, şən bir qadındır. Hər dəfə milyon dollar olmaqla Qırmızı Xaç cəmiyyətinə 4 dəfə kömək edib, 4 uşağı övladlığa götürüb. Kinodan başqa çörəkxana və şirniyyat evi biznesi var. Onun haqqında dünyanın ən dostcanlı insanı sözünü işlətmək olar.
Şaya Labef uşaqlıq travmalarını 40 yaşlarında yaşamağa başlayıb. Get-gedə qəribəlikləri artan ulduzu Hollivud rədd etməyə başlayıb. O indi təmtəraqdan uzaq həyata üz tutub, aktyor karyerasına son verib, rəssamlıq edir.
Kianu Rivz Hollivudun ən təvazökar ulduzudur. O balaca bir mənzildə yaşayır, alış-verişə özü çıxır. Yeni əşyalar almağı sevmir, eyni geyimi illərlə geyə bilir. Restoranlara getmir, onu tez-tez əlində buterbrod parkda nahar edən görürlər. Kianunu kübar cəmiyyətin gecələrində görmək mümkün olmasa da, xeyriyyə işlərində liderlik edir. Maliyyə dəstəyinə ehtiyacı olan adamların xeyirxah mələyi Kianu Rivzdir.
Cennifer Qarner ən sadə mağazalardan geyinir, brend, marka dalınca qaçmır, Kanadada öz fermasında yaşayır.
Digər ulduz Kristensen Hayden aktyorluqdan bezib kənd təsərrüfatı işləri ilə məşğul olur. Orqanik meyvələr yetişdirir, özünün at və donuz fermaları var.