Hollivudda 160 min aktyor  etiraz aksiyasına   hazırlaşır
13 iyul 2023 18:44 (UTC +04:00)

Hollivudda 160 min aktyor etiraz aksiyasına hazırlaşır

160 min Hollivud aktyorunu birləşdirən SAG-AFTRA Həmkarlar İttifaqı əməkdaşları 13 iyulda yeni etiraz aksiyasına səsləyib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Amazon, Apple, Disney, NBCUniversal, Netflix, Paramount, Sony и Warner Bros. Discovery kimi böyük şirkətlər aktyorlara onların istədikləri şəkildə müqavilələr təklif etmədiklərinə görə, Hollivudda uzun müddətdir böhran yaşanır.

Bir neçə aydır davam edən böhran ölkə iqtisadiyyatına böyük zərbə  vurub. Əsas problem aktyorların və kinostudiya əməkdaşlarının əmək haqlarının layiqincə ödənilməməsi ilə bağlıdır.

Növbəti etiraz aksiyası “Emmi” kino mükafatının təqdimat mərasimini kölgələyə bilər. Tədbir iyulun 20-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1881
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar